ONN İnformasiya Agentliyi

Ən təhlükəsiz avtomobillər — SİYAHI

Ən təhlükəsiz avtomobillər — SİYAHI
01 Noyabr 2019 - 1:53
Müstəqil qəza testlərinin keçirilməsi üzrə Euro NCAP təşkilatı 2019-cu ilin ən təhlükəsiz avtomobillərinin reytinqini dərc edib.

ONN media ted.az-a istinadən bildirir ki, qiymətləndirmə nəticəsində 4 kateqoriya üzrə ən yaxşı avtomobillər seçilib.

“Mercedes-Benz CLA”, “Mercedes-Benz B-Class” və “BMW 3 series” ardıcıl olaraq cədvəlin ilk üçlüyündə yer alaraq, ən təhlükəsiz avtomobil seçilib.

Cədvəlin ilk onluğunda “Tesla Model 3” avtomobili də yer alıb. Sözügedən model sürücü və böyük sərnişin üçün 96% təhlükəsizdir.

Uşaq sərnişini üçün 86%, yol üzərində olan sərt keçidləri keçən piyadalar üçün 74%, təhlükəsizlik qurğuları üçün isə 94% etibarlı avtomobil olaraq Euro NCAP tərəfindən qiymətləndirilib və reytinqdə 7-ci pillədə yer alıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png