ONN İnformasiya Agentliyi

Qaz plitəsini 5 dəqiqəyə təmizlə

Qaz plitəsini 5 dəqiqəyə təmizlə
19-04-2018, 18:51


Qaz pilitsi – ən kirli mətbəx texnikasıdır. Axı onun qurumuş yağlarını, yapışmış ləkələrini təmizləmək üçün cürbəcür üsullara əl atırıq, əllərimiz, dırnaqlarımız belə korlanır. Amma sonuncu dəfə istifadə etdiyimiz bu sadə üsul hamımızı heyrətləndirdi! Cəmi 5 dəqiqəyə bütün ləkələr təmizləndi! 

ONN media xanımlara bu üsulu təqdim edir:

Lazımdır:

Soda – 3 x.q.
Yuyucu toz (istənilən) – 0,5 x.q.
Duru kley (dəftərxana kleyi) – 1 x.q.
Soyuq su – 1 st.

Hazırlanması:

Bütün bunları bir qabda yaxşıca qarışdırırsız. Sonra məhlulu qaz plitəsinin üstünə çəkirsiz. Çoxlu köpüklənmə olacaq, qorxmayın.  5 dəqiqədən sonra bol sulu dəsmalla yaxşıca təmizləyirsiz. Və budur, bütün ləkələr getdi, qaz plitəmiz lap yeni oldu!
Qeyd: bu məhlulu diş fırçasına çəkib, qazın dəstəklərini və kənarlarını da təmizləyə bilərsiz.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png