ONN İnformasiya Agentliyi

Bu telefonlarda mobil internetin sürəti yoxlanılıb

Bu telefonlarda mobil internetin sürəti yoxlanılıb
16 İyun 2018 - 11:11

Ekspertlər iki qabaqcıl – "iPhone X" və "Samsung Galaxy S9" smartfonunda mobil internetin işləmə sürətini sınaqdan keçiriblər. Eksperimentin nəticələri mütəxəssislərin təəccübünə səbəb olub.

ONN media bildirir ki, testin yekununda məlum olub ki, Cənubi Koreyanın "Samsung" şirkətinin qurğusunda internet rəqib "Apple" smartfonundan 34 faiz daha sürətli işləyir.

Məlumata görə, mütəxəssislər tərəfindən eyni yerdə eyni rabitə operatorunun şəbəkəsindən istifadə olunub. Müəyyən olunub ki, "Samsung Galaxy S9" smartfonunda ən yüksək yükləmə sürəti 41,8 Mbit/saniyə, ötürmə sürəti isə 11,36 Mbit/saniyə təşkil edir.

"iPhone X" smartfonunda isə bu göstəricilər müvafiq olaraq 31,18 Mbit/saniyə və 9,88 Mbit/saniyə olub. "Apple" qurğusunda yükləmə sürəti 34 faiz, ötürmə sürəti 15 faiz geri qalır.

Qeyd edək ki, bundan əvvəl "Samsung Galaxy S9+" smartfonu iş sürətinə görə "Apple iPhone X" modelini üstələyib. Buna səbəb kimi Cənubi Koreya şirkətinin qurğusunda böyük tutuma malik operativ yaddaşın quraşdırılması qeyd olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png