ONN İnformasiya Agentliyi

Bütöv klinikanı əvəz edəcək: Türkiyədə ağıllı maska yaradıldı

Bütöv klinikanı əvəz edəcək: Türkiyədə ağıllı maska yaradıldı
14 İyun 2020 - 18:26

Türkiyədə tənəffüs və öskürək sayını ölçən ağıllı maska yaradılıb.

ONN media  xəbər verir ki, ağıllı maska hər 8 saatlıq istifadə müddətindən sonra ultrabənövşəyi şüalarla özünü 15 dəqiqə müddətində dezinfeksiya edə bilir.

Maskanın istifadəsi təkcə özünə deyil, ətrafdakılara da yardım edə biləcək. Belə ki, maskanın üzərində olan ekran qarşıdakı şəxsdə koronavirus əlamətləri varsa, qırmızı rəngə boyanır və bu barədə mobil tətbiq vasitəsilə şəxsə və aidiyyatı qurumlara məlumat ötürür.

Maskanın digər xüsusiyyəti isə hərarəti, öskürək sayı və tənəffüsü hər an ölçüb, müqayisə edə bilməsidir. Əgər məlumatlarda hansısa bir dəyişiklik yoxdursa, bunu burun qismində olan yaşıl işıqla biruzə edir. Əks təqdirdə işıq qırmızıya boyanır.

Maskanın satış qiyməti 499 lirədir (125 manat).

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png