ONN İnformasiya Agentliyi

Çox çay içmək nə üçün ziyanlıdır?

Çox çay içmək nə üçün ziyanlıdır?
19 Fevral 2018 - 11:43

Çay ən faydalı içkilərdən biri sayılır. Çay orqanizmi tonuslaşdırır, təzyiqi tənzimləyir, mübadilə proseslərini stimullaşdırır, qanda pis xolesterolun səviyyəsini aşağı salır, orqanizmi təmizləyir, xərçəngin yaranma riskini azaldır.

Alimlərin fikrinə görə, gün ərzində 4-5 fincan təzə dəmlənmiş yaxşı çay içmək orqanizmə böyük fayda verə bilər. Bundan artıq miqdarda içilən çay isə əksinə, sağlamlığa ziyan vurur.

ONN media sizə çoxlu çay içməyin ziyanlı tərəflərini sadalayır:

1. Sümüklər üçün ziyanlıdır, sümüklərdən kalsiumu yuyub aparır ki, bu da onları zəif və kövrək edir, sınıqların olma riskini artırır.

2. Sinir sisteminə qıcıqlandırıcı təsir edir, yuxu pozulmalarına, əsəbiliyə səbəb olur.

3. Diş emalına mənfi təsir edir.

4. Sidikqovucu təsirinə malik olduğundan böyrəkləri həddindən artıq yükləyir.

5. Orqanizmdə dəmirin sovrulmasını pisləşdirir ki, bu da hətta anemiyanın (qanazlığı) inkişafına səbəb ola bilər.

6. Mədənin turşuluğunu artırır ki, bu da qastrit və xora xəstəliyindən əziyyət çəkənlərə ziyanlıdır. Ümumiyyətlə, mədə turşuluğunun artması zamanı çayın istehlakını minimuma azaltmaq lazımdır.

7. Podaqra və artrit kimi xəstəliklərin riskini artırır.

8. Arterial təzyiqi artırır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png