ONN İnformasiya Agentliyi

Dünyada ən etibarlı avtomobillərin siyahısı

Dünyada ən etibarlı avtomobillərin siyahısı
30 Oktyabr 2018 - 18:58

Yaponiyanın “Lexus” avtomobil markası Amerikanın “Consumer Reports” jurnalının qiymətləndirmələrinə görə dünyanın ən etibarlı avtomobili hesab edilib. O, ötən ilki reytinqə başçılıq edən “Toyota”nı qabaqlayıb. Bu markanın ən etibarlı avtomobili “Lexus GS” olub. 

ONN media xəbər verir ki, bununla bağlı jurnalın saytında məlumat yerləşdirilib. 

Siyahıda üçüncü yeri “Mazda” avtomobilləri tutub. Dördüncü yerdə “Subaru”, 5-ci yerdə isə “Kia” avtomobilləri qərarlaşıb. “Kia” ötən ilə nisbətən 2 pillə geriləyib. 

Altıncı yeri “İnfiniti” avtomobili tutub. Avropanın ən yaxşı brendi “Audi” bu siyahıda 7-ci olub. Siyahıda BMW avtomobilləri 8-ci, Britaniyanın “Mini” avtomobili 9-cu yerdə qərarlaşıb. İlk onluğu “Hyundai” qapayıb. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png