ONN İnformasiya Agentliyi

“İnstaqram”ın auditoriyası 1 milyard oldu

“İnstaqram”ın auditoriyası 1 milyard oldu
21 İyun 2018 - 16:07

"Instagram" sosial şəbəkəsindən istifadə edənlərin sayı 1 milyard olub.

ONN media xəbər verir ki, bu barədə "İnstagram"-ın rəsmi səhifəsində qeyd olunub. Məlumata görə, indi 1 milyard istifadəçisi olan şəbəkə qlobal bir cəmiyyətə çevrilib: "Biz 2010-cu ildən etibarən cəmiyyət üçün, onun sosial şəbəkələrdən rahat istifadəsi üçün əlimizdən gələni etmişik. Bu gün istifadəçilərin sayının 1 milyarda çatması bizim üçün böyük uğurdur".

Xatırladaq ki, 20 iyun tarixində tərtibatçılar tərəfindən təqdim edilən "IGTV" adlı yeni proqram vasitəsilə müddəti 1 saata qədər olan şaquli videolar yerləşdirmək mümkün olacaq. Bir neçə həftə ərzində istifadəçilər üçün əlçatan olacaq mobil proqram "Android" və "iOS" əməliyyat sistemlərində işləyəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png