ONN İnformasiya Agentliyi

“iOS 12” bu telefonlarda işləyəcək – SİYAHI

“iOS 12” bu telefonlarda işləyəcək – SİYAHI
14 Sentyabr 2018 - 19:01

“Apple” şirkəti “iOS 12” sistemini 17 sentyabrda təqdim edəcək.

ONN media ICTnews-a istinadən xəbər verir ki, yeni əməliyyat sistemi “iOS 11” sistemini dəstəkləyən bütün qurğularda işləyəcək.

Tərtibatçılar dəstəklənən qurğuların tam siyahısını açıqlayıblar:

– iPhone X;

– iPhone 8 və 8 Plus;

– iPhone 7 və 7 Plus;

– iPhone 6S və 6S Plus;

– iPhone SE;

– iPhone 6 və 6 Plus;

– iPhone 5S;

– iPad Pro (9.7 düym, 10.5 düym, 12.9 düym);

– iPad (2018);

– iPad (beşinci nəsil);

– iPad Air və iPad Air 2;

– iPad mini 2, 3, və 4;

– iPod Touch (altıncı nəsil).

“iOS 12” əvvəlki sistemdən daha sürətli işləyəcək. Məsələn, mətnin yığılması vaxtı reaksiya daha yaxşılaşacaq. Kilid ekranında göstəriləcək bildirişlər sıralanacaq.

Ən genişmiqyaslı yeniliklər “Memoji” və “FaceTime” qrup zəngləri olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png