ONN İnformasiya Agentliyi

Microsoft, Office və Emoji-li klaviatura buraxdı

Microsoft, Office və Emoji-li klaviatura buraxdı
30 Oktyabr 2019 - 1:25

Microsoft yeni Bluetooth klaviatura buraxıb. Onda ayrıca Office və Emoji bölməsi var.

ONN media facemark.az-a istinadən bildirir ki, “The Verge”nin məlumatına görə, daha əvvəl şirkət ancaq Office düyməsi olan klaviatura buraxmışdı.

Bildirək ki, Office düyməsi Windows 10 əlavələrinin işə salınmasını təmin edir. Hər məhsulun isə öz kombinasiyası var. Məsələn, Office + W, Word-ü, Office + X – Excel-i açır. Emoji düyməsi isə adından da göründüyü kimi smile-ları açır.

Qeyd etmək yerinə düşər ki, USB ilə qoşulan belə klaviaturanın qiyməti 59,99 dollara, kiçik Bluetooth klaviatura isə 49,99 dollara satılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png