ONN İnformasiya Agentliyi

Ölkədə TikTok qadağan edilə bilər?

Ölkədə TikTok qadağan edilə bilər?
20 Aprel 2024 - 22:52

ABŞ Konqresinin Nümayəndələr Palatası Tiktok-un ölkədə qadağan edilməsi imkanını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

ONN media xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun təklif etdiyi qanun layihəsinə əsasən, Tiktok-un sahibi olan Çinin “ByteDance” şirkətinə sosial şəbəkəni satmaq üçün 9 ay vaxt veriləcək. Əgər şirkət Amerika hakimiyyətinin şərtlərinə əməl etməzsə, o zaman Tiktok Amerika tətbiq mağazalarında qadağan olunacaq.

Qeyd edək ki, bu qanun layihəsi hələ ABŞ Senatı tərəfindən dəstəklənməlidir, daha sonra isə ABŞ prezidenti tərəfindən imzalanmalıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png