ONN İnformasiya Agentliyi

“WhatsApp”dan SUPER YENİLİKLƏR

“WhatsApp”dan SUPER YENİLİKLƏR
10 İyun 2019 - 15:23

“WhatsApp” sosial şəbəkəsi yeni özəllikləri istifadəyə verməyə hazırlaşır.

ONN media Redaktor.az-a istinadən xəbər verir ki, dəyişikliyə görə, bundan sonra istifadəçilər qarşı tərəfin icazəsi olmadan onun profil şəklini telefonuna qeyd edə bilməyəcək. Digər özəllik isə fotoların göndərilməsi ilə bağlıdır.

Belə ki, qarşı tərəf sizin göndərdiyiniz fotoları yükləmədən onların həcmini və sayını görə biləcək. Məlumata görə, xidmətlər hələ ki test mərhələsindədir. İstifadəçilər yeni özəlliklərə böyük dəstək verib.

Qeyd edək ki, yeni özəlliklərdən “2.19.60.26”  versiyasında istifadə etmək mümkün olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png