ONN İnformasiya Agentliyi

Azərbaycanda Xalq artisti İNFARKT KEÇİRDİ

Azərbaycanda Xalq artisti İNFARKT KEÇİRDİ
18 Yanvar 2021 - 15:18

Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

ONN media  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Ə.Vəliyev bildirib ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib:

“Hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Amma həkimlər əllərindən gələni edirlər”.

Qeyd edək ki, Eldar Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur. (olke.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png