ONN İnformasiya Agentliyi

Midhat Aydın: Milli kimliyimizi qoruyaq – MÜSAHİBƏ

Midhat Aydın: Milli kimliyimizi qoruyaq – MÜSAHİBƏ
17 May 2022 - 11:34

Əziz sənətkarımız yaddaşlarımızda bir çox filmləri, serialları və tamaşaları ilə xatırladığımız, bu yaxınlarda 65 illik yubleyini qeyd etmiş Midhat Aydın ONN media-nın növbəti qonağı olaraq həmsöhbətimiz oldu.

Midhat müəllim, sizi xoş gördük, sizi salamlayırıq. İnanıram ki, sizinlə maraqlı və səmimi həmsöhbət olacayıq.

-Əlbətdə, mən də sizi salamlayıram və sizi əmin edirəm ki, tam səmimi həmsöhbət olacayıq.-(Gülür)

Yeni işləriniz barədə nə demək istəyərdiniz?

– Hal-hazırda Azərbaycan Televiziyasının “Əslində Biz” lahiyəsində çəkilirəm. Maraqlı lahiyədir.Azərbaycan rayonlarında çəklişlərimiz olur. Eyni zamanda Xalq şairimiz Nəriman Həsənzadənin 44 günlük Vətən müharibəsinə həsr elədiyi “Qarabağnamə İlhamdır” payeması üzrə “Bir aktyorun teatrı” lahiyəsi üzrə işi başa vururam. ATV kanalında bu yaxınlarda yayımlanacaq “Eşqə düşdük” komediya serialının çəklişləri başa çatıb, rejissoru Kənan MM-dir. İlqar Savadın doğma Şuşamıza həsr olunan “Doğma torpaq” filminin çəklişləri başa çatıb və “Nəriman” film tərəfindən istehsal olunub. Məşhur kino rejissoru Nadir Maçanovun “Sonsuzluğa uzanan gecə” Xocalı  bədii filmi işıq üzü görməlidir. Bundan başqa mənim çalışdığım yer var ki, onlarla əməkdaşlıq edirəm. Qafar Əliyev və İlham İsmayılovun birgə yaratdığı və Diaspora işində çox fəal olan Azərbaycanlıların və digər Türk Dilli Xalqların Əməkdaşlıq Mərkəzinin  üzvüyəm.(ATXƏM)

Midhat müəllim, həm teatr, həm də kino sahəsinin gələcəyini necə görürsünüz?

– Belə deyərdim ki, teatrılarımız artıq “Milli” statusunu alır. Bu gözəl və sevindirci hadisədir. Mən təkçə teatrlarda yox, filmlərimizi də, milli səviyyədə görmək istəyirəm. Milli deyərkən, tariximizi nəzərdə tuturam. Mən düşünürəm ki, filmlərimzdə, teatr tamaşalarında tariximizdən bəhs edilməldir. Gənclər tariximizi çox yaxından tanımalı və məlumatlı olmalıdırlar. Bu yolda ciddi addımlar atılmalıdır. Mənim rol aldığım “Əslində Biz” lahiyəsi indi ki, gəncləri qədim adət-ənənlərimiz barədə agah edir, marifləndirir. Bu kimi, lahiyələr çoxalmalı, Azərbaycanın gələcəyi üçün tariximiz filmlərə daşınmalıdır. Elə insanlar var ki, deyir elə maraqlı əsərlər yoxdur. Xeyir, bu belə deyil, çox  gözəl romanlar var ki, Şah Eldəniz, Nadir Şah, Əmir Teymur və s. Hamısını buradan deyə bilməsəmdə çoxdur. Bundan bir neçə il öncə Yunus Oğuzun “Nadir Şah” romanı səhnələşdirildi və Akademik Milli Dram teatrında tamaşaya qoyuldu. İnanırsız ki, yeddi dəfə həmin tamaşa verildi yeddisində də zal tamaşaçılarla dolu idi, bilet tapmaq olmurdu. Tamaşaçılardan  bir dəfə maraqla soruşdum ki, nə yaxşı belə tamaşalara maraq göstərirsiz. Cavabları o oldu ki, roman oxumuruq heç olmasa tamaşalarda gəlib izləyək və agah olaq. Demək ki, gənclərimizin öz tariximizə maraqları var. Tamaşalarda xarici əsərlərin yerinə öz tariximizi görmək daha maraqlıdır. Nəyin ki, öz gənclərimizə hətta Azərbaycanı gəlib görən qonaqlara da bizim tariximiz maraqlıdır. Nə qədər tarixi abidələrə axın olduğunu günümüzdə də görürük. Milliliyimizi filmlərdə, teatrılarımızda, seriallarımızda göstərməli və milli kimliyimizi qorumalıyıq.

Bu yaxınlarda 65 illik yubleyinizi qeyd etdiniz. 65 illik yubleyiniz sizin yaddaşınızda necə qaldı?

– Mən açığı demək istərdim ki, bu günə qədər ad günü qeyd etməmişəm. Heç zaman marağında olmamışam ki, ad günü keçirim, mənim ətrafıma kimlərsə yığışsın. Bunun səbəbi isə 20 martda doğulmağımdı. Hər kəs bu ərəfədə evində olur. Novruz bayramının ilk günü, bayram axşamı olur hər kəs öz evində baharın gəlişini qeyd edir. Hər kəsdə olduğu kimi, bayram süfrəsi açmışıq və sadə olaraq qeyd ediblər ki, sənin ad günün mübarək. Sadəcə bu qədər… Özümə xüsusi doğum günü keçirməmişəm, kimdənsə də gözləməmişəm ki, mənim ad günümü qeyd edər. Bu yaşımıda qeyd etmədim digər doğum günləri kimi. Lakin aprel ayı olardı ki, mənə zəng gəldi. Özünü təqdim edərək dedi ki, mən Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı. Mən o zaman tanıdım. Qənirə xanımın mənə hədiyyəsi olduğunu söylədi və mənim ilk cavabım o oldu ki, yaxşı ki, mənim yadıma saldız ki, mənim 65 yaşım olub. Biz razılaşdıq. Mən çox sevindim  ki,  kiminsə yaddaşında varam, kiminsə xatirəsində yaşayıram. Bir daha mən varlığımı hiss etdim.

Milli Məclisin deputatı Qənirə Paşayevaya Allah can sağlığı versin, ömür versin. Açıq deyirəm ki, milli xanımdır. Millətin qızıdır, əsl Azərbaycan, Türk qızıdır. Türk oğlunu yada salıb… Mənim dəvət aldığım yerdə 10 nəfər mədəniyyət adamı var idi. Tanıdığım adamlarla yanaşı, tanımadıqlarımda var idi. Biraz diqqətdən kənarda qalan insanlar idi. Mən özümdə özümü kənarda hiss edirəm. İndiyə kimi özümü kiməsə göstərməmişəm, deməmişəm ki, mən güclü sənətkaram. Hər rola başlamadan öncə demişəm ki, görən bunu bacara biləcəm? Çox çətin rollar mənim üçün asan olub.

Çox yüksək səviyyədə qarşılandıq, hədiyyələr təqdim olundu. Mənə söz verdilər ki, buyurun nə sözünüz varsa deyin. Mən nə ev, nə Prezident təqaüdü istəmədim sadəcə oğlumun işi ilə bağlı köməklik göstərmələrini xahiş etdim. Bu günə qədər yadımdadır  mənə mənfi ya da müsbət bir cavab verəcəklərini bildirdilər. Lakin müsbət olacağına çalışacaqlarını bildirdilər. Ümid edirəm ki, mənə bu barədə köməklik göstəriləcəkdir.

Aktyor iki ömür yaşar, öz ömrünü və aktyor ömrünü. Aktyor ömrünüz, öz ömrünüzü üstələdiyi zamanlar olurmu?…

– Bir insan aktyor olarsa bir və ya iki ömür yaşamaz. Bir neçə ömür yaşar… Mənim öz fikrimdir. Aktyor bir çox insanın ömrünü yaşayır. Mən təkçə film və serialda  iki sahə polis müvəkkili rolunu oynamışam. Birin də leytinant olub, birin də kapitan. Mən iki bədii filmdə molla rolunu oynamışam. Qatı cinayyətkar ömrünü yaşamışam, ömürlük həbs cəzası almışam. Mən Azərbaycanda 1993 –cü ildə çevrilişə cəhd edən adamı oynamışam. Vətənə xəyanət edən adamın həyatını canlandırmışam. Mən dünyanın ən əclaf adamların rollarını oynamışam. Mənfi rollar oynamışam. Bunların hamısı bir neçə ömürdür. İki ömür deyil. Bir aktyor çox ömür yaşayır. Kənan MM məni “Qaydış” serialına çağırdı. 32 bölümlük serial idi və 2 ay bir yerdə çalışdıq. 2 aydan sonra məni seriala çağıranda dedi ki, mən həmin adamı görə bilmirəm. Söylədim ki, həmin adam başqa adam idi. O, rolun adı Habil idi və onun başqa psixologiyası, xarakteri başqa idi. Amma bugünkü, adam isə başqa adamdır. Həmin anda həyatda da dəyişirsən, həmin rolun həyatını öz həyatında da yaşayırsan həmin rola həyat verdikçə. Ciddi roldasansa evdə də ciddi olursan. Əgər komik rol oynayırsansa evdə də özündən aslı olmayaraq şən və zarfatçıl olursan. Əgər qatil rolunu oynayırsansa, qatil olmasanda yerişin, hərəkətin dəyişir və ətrafdakı insanların səndən çəkindiyini görürsən. Əlbətdə ki, öz ömrümü üstələdiyi olub. Yolda gedərkən, həyat verdiyim obraza görə məndən çəkinənlər də olub, nifrət edənlər də, bu da obrazımı yaxşı oynamağımdan irəli gəlib. Aktyor ömrünün, öz ömrümüzə təsiri olur…

65 illik ömürü geridə qoyan Midhat Aydın geriyə baxdığında nələri xatırlayır?

– Səidə xanım, həyat davam edir. Əgər bir insan geriyə baxırsa demək ki, gələcəyə ümidi yoxdur. Allah mənə nə qədər ömür veribsə o qədər yaşamaq istəyirəm. Yalnız irəliyə baxmaq istəyirəm. Yaşadıqlarımdan razıyam və dəyişmək istəyəcəyim heç nə yoxdur. Çünki bu onsuz da mənim ömrümdür. Yaşananlar yaşanılıb. Pis nə yaşanıbsa da onları belə xatırlamağa dəyməz. Çox şükür həyatımdan razıyam

Son olaraq burdan sevərlərinizə nə söyləmək istərdiniz?

– Sevərlərimə buradan bir arzum var ki, o da cansağlığı, işlərində uğurlar və şanslar arzulayıram. Hər adamın şansı olmalıdır. Elə adam var ki, şansı var, elə adam var ki, şansı yoxdur. Məni sevən Azərbaycan xalqına, Türk xalqına cansağlığı və şans diləyirəm.

Çox sağ olun.

– Siz sağ olun. Sevgi ilə qalın.

Səidə   Seyidova   

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png