ONN İnformasiya Agentliyi

Reza Deqati Şuşa haqqında film çəkdi

Reza Deqati Şuşa haqqında film çəkdi
17 Aprel 2022 - 13:44

Dünya şöhrətli fotoqraf Reza Deqati Şuşa haqqında film çəkib.

ONN media xəbər verir ki, bununla bağlı Reza Deqati İnstaqram səhifəsində paylaşım edib.

Paylaşımda şəhid Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısı fonunda Şuşanın havadan görüntüləri yer alıb.

Reza Deqati paylaşımında X.Yusifzadə haqqında da məlumat verir. Bildirir ki, Xudayar Yusifzadə Bərdədəki Bülbül adına incəsənət məktəbinin parlaq yetirməsi olub. O, Qarabağın işğaldan azad olunması uğrunda müharibə zamanı bir çox cəbhələrdə döyüşüb. Vətənpərvərlik haqqında mahnını ifa etdiyi bu videonu ölümündən iki gün əvvəl anasına göndərib. Onun arzusu opera müğənnisi olmaq idi.

“İndi onun bu ifası Azərbaycanda hər bir evdə məşhurdur. Ona görə də mən bu mahnını filmimin musiqisi olaraq seçdim”, – fotoqraf qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png