ONN İnformasiya Agentliyi

Tahir Salahov dəfn edildi

Tahir Salahov dəfn edildi
24 May 2021 - 13:07

Xalq rəssamı Tahir Salahov I Fəxri xiyabanda dəfn edilib.

ONN media  bildirir ki, dəfn mərasimində dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfnə Mədəniyyət naziri Anar Kərimov da qatılıb.

Dünya şöhrətli rəssamın məzarına ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevanın adından, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, eləcə də Rəssamlar İttifaqının adından əklillər qoyulub.

Mərhum Xalq rəssamı böyük Azərbaycan alimi Lütfi-Zadənin qəbrinin yanında torpağa tapşırılıb.

Yazıçı Natiq Rəsulzadə bildirib ki, biz Tahir Salahovun timsalında böyük sənətkarı itirdik: “Tahir Salahovun yeri hər zaman görünəcək. O, bizim dünyada tanınan böyük rəssamlarımızdan idi. Tahir müəllim rəssamlıq sənətinə öz möhrünü vurmuş sənətkarlarımızdandır. Allah rəhmət etsin”.

Qeyd edək ki, Xalq rəssamı Tahir Salahov 92 yaşında Almaniyada dünyasını dəyişib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png