ONN İnformasiya Agentliyi

Torpağı şəhid, anası şəhid, özü şəhid Raquf Orucov

Torpağı şəhid, anası şəhid, özü şəhid Raquf Orucov
27 İyun 2018 - 11:19

ONN media xəbər verir ki, bu gün BMM-də “Bitməyən müharibənin qəhrəmanları”silsiləsindən “Ruhun həsrəti” filmi Aprel şəhidi polkovnik-leytenant Raquf Orucova və onun təkrarsız ömür yoluna həsr olunmuş filmin təqdimat mərasimi keçirilib.

Raquf Orucov 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olub. Cinli kəndi düşmən əlinə keçən zaman anası şəhid olub. Raquf o vaxtdan anasının qisasını almaq üçün çalışıb. 2016-cı ilə qədər qəhrəmanlıqla döyüşən Raquf 2016-cı ilin aprel döyüşlərində də öz şücaətini əsirgəməyib. Bu onun qatıldığı son döyüş olub. Raquf Orucov 2016-cı ildə şəhid olub. 
Azərbaycan Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü ilə hazırlanan filmin ssenarisi və onun səslənməsi şəhidin həyat yoldaşı Sevinc Orucovaya məxsusdur. Filmdə şəhidin ailə üzvləri və döyüş yoldaşları, tanınmış ziyalılar iştirak edir. 
Layihənin rəhbərləri millət vəkili Əflatun Amaşov və Bəxtiyar Qaracadır. Filmin çəkilişləri Bakıda və Ağdamda aparılıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png