ONN İnformasiya Agentliyi

Ermənilər İran ərazisini raket atəşinə TUTDU

Ermənilər İran ərazisini raket atəşinə TUTDU
28 Sentyabr 2020 - 18:27

İşğalçı Ermənistan Ordusu Azərbaycan əraziləri ilə yanaşı, qonşu ölkələrin ərazisinə də təcavüz həyata keçirib.

ONN media xəbər verir ki, Füzuli-Cəbrayıl rayonu istiqamətində məğlubiyyətlərə uğrayan Ermənistan qüvvələri İran ərazisini də atəşə tutub.

Araz çayının İran tərəfində yerləşən Xudafərin şəhərinin meri Əli Əmiri Rad şəhərin kənd təsərrüfatı ərazilərinə 2 mərmi düşdüyünü söyləyib. O, bazar günü əkin sahəsində daha bir partlamamış mərmi aşkarlandığını deyib.

Mərmilərin Ermənistan Ordusunun köhnə və qeyri-dəqiq artilleriya qurğularından atıldığı bildirilir.

Xatırladaq ki, 2016-cı ilin aprelində də Ermənistan İran ərazisinə 2 top mərmisi atmışdı.  /Modern.az/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png