ONN İnformasiya Agentliyi

Masallıda AĞIR YOL QƏZASI – Ölən var

Masallıda AĞIR YOL QƏZASI – Ölən var
26 Fevral 2019 - 4:07

Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən ONN media -ya verilən məlumata görə, fevralın 23-də saat 11 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində Biləsuvar rayon sakini R.İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolun əks istiqamətinə çıxaraq Ağdam rayon sakini A.Ağayevin idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşduqdan sonra yolun kənarında dayanmış, Cəlilabad rayon sakini M.Məlikova məxsus “Great Wall” markalı avtomobilə çırpılıb. Nəticədə A.Ağayev hadisə yerində ölüb, R.İsmayılovun bir sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png