Akardan Qarabağ AÇIQLAMASI: Generallarımız hazırdır

Akardan Qarabağ AÇIQLAMASI: Generallarımız hazırdır

"Böyük qardaşlıq nümunəsi göstərərək əməkdaşlıq, logistika mövzusunda dəstək verdik və işğal altındakı torpaqlar azad olundu". ONN media   xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib. O, Rus-Türk Birgə Mərkəzinin Ağdamda yerləşəcəyini xatırladıb: "Ruslar ilə birgə mərkəzin yeri müəyyənləşib: Ağdamda olacaq. İnşaat işləri aparılır. Başlarında olacaq generalımız və digər hərbi heyətimiz hazırdır. Əlavə olaraq, oraya partlayıcı mütəxəssislərimizi göndərdik. Ümumilikdə, 100 nəfər. 2 xüsusi mina axtarış komandası var. Təlim də keçəcəklər". Akar qeyd edib ki, Qarabağda atəşkəsə böyük ölçüdə əməl olunur: "Ruslar sülhü qorumaq çərçivəsində oradadırlar. "Ruslar bölgədə Türk əsgərlərini istəmirmiş" kimi bir məsələ yoxdur, onlar "Türk əsgərinin varlığı Türkiyə-Azərbaycan arasındakı mövzudur" dedilər".

Geri qayıt