ONN İnformasiya Agentliyi

Çinli professordan QORXUNC proqnoz: “Koronavirusa qarşı…”

Çinli professordan QORXUNC proqnoz: “Koronavirusa qarşı…”
21 Avqust 2020 - 13:41

Koronavirus infeksiyası ilə mübarizədə universal müalicə vasitələrinə deyil, xəstələrin müalicəsi üçün inkişaf etmiş strategiyalara etibar etmək daha yaxşıdır.

ONN media xəbər verir ki, bunu ÇXR-nin Tənəffüs Xəstəlikləri üzrə Milli Tədqiqat Mərkəzinin rəhbərinin müavini professor Cao Bin deyib.

“Həmkarlarım və mən bir növ sehrli həb hazırlamaq istədik, amma koronavirus haqqında daha çox məlumat topladıqdan sonra etiraf etməliyəm ki, belə bir dərman əldə etmək bizim üçün çox çətin olacaq” , – professor CNA kanalına verdiyi açıqlamada deyib.

Nümunə olaraq, o, koronaviruslu xəstələrin təkcə ağırlaşmaları deyil, eyni müalicə kursunun əks təsirlərin də tamamilə fərqli olduğu halları göstərib. Onun sözlərinə görə, universal dərman hazırlamaq mümkün olmadığından hər bir konkret yoluxmanın fərdiliyinə diqqət yetirmək və mümkün qədər çalışmaq lazımdır.

Nəşr qeyd edir ki, Cao Bin Çində xəstəlik başlayanda koronavirusla mübarizənin mərkəzində olub. Sonra Pekindən Vuhana köçüb və dünyada ilk olaraq HİV-ə yoluxanların müalicəsi üçün infeksiyaya qarşı antiretrovirus dərmanlardan istifadə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png