ONN İnformasiya Agentliyi

Elektron siqaret çəkməyin TƏHLÜKƏLƏRİ 

Elektron siqaret çəkməyin TƏHLÜKƏLƏRİ 
03 Aprel 2024 - 11:23

Son dövrlər elektron siqaret istifadəçilərinin sayında xeyli artım müşahidə olunur. Elektron siqaretlərin tərkibində müəyyən dadlandırıcılar olduğundan nikotin aludəçisinin üzərindən pis qoxu da gəlmir. 

Bəs, sözügedən cihazın üstünlükləri, yoxsa zərərləri daha çoxdur? 

Elektron siqaret aludəçisinin buraxdığı buxar ətrafdakılar üçün təhlükəsizdir. Çünki onun tərkibində heç bir yanan maddə yoxdur. Ancaq bu cihazın sizin orqanizminizə zərər verməyəcəyini düşünmək olmaz. 

Tərkibində nikotin olan hər bir  cihaz və tütün məmulatı zərərlidir. Əsas da elektron siqaretlərdən istifadə ürək xəstəliyinin yarnmasına yol açır. 

Həkim Emin Hacıbalayev aztv-yə bildirib ki, elektron siqaretlərdə nikotindən əlavə olan maddələr ağciyər xərçəngini yarada bilər. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png