ONN İnformasiya Agentliyi

İnsan ömrünü qısaldan qidalar nədir?

İnsan ömrünü qısaldan qidalar nədir?
19 Dekabr 2023 - 8:26

İnsan beyni üçün ən arzuolunmaz qidalar tərkibində çox miqdarda duz, şəkər, konservant, trans yağ olan yeməklərdir.

ONN media xəbər verir ki, qastroenteroloq Anastasiya Timoşenko beyni sıradan çıxaran qidalardan danışıb.

“Əqli fəaliyyəti zəiflədən qidalar bütün konfetlər, tort, pirojna, saqqız, sosis, kolbasa, hamburger, kartof, tez hazırlanan lapşa, kartof püresi, hazır qidalar, hazır şorbalar və s. Eləcə də souslar, mayonezlər, ketçup, alkoqolsuz içkilər, energetiklər. Bunlar ancaq kalorini artırır, beyini şəkərə alışdırır.

İstənilən növ hər bir emal olunmuş qidanı yemək xroniki xəstəlikləri yaradır, bu, qaçılmazdır.

Tədqiqatlar da göstərib ki, hər gün bu qidaları yeyənlər daha çox xərçəng, Alsheymer və diabetdən ölür.

Gündə 100 qram emal edilmiş ət yemək artıq təhlükədir. Ət təzə, təbii və sadəcə evdə bişmiş olmalıdır”, – o bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png