ONN İnformasiya Agentliyi

Ölümcül zəhərlənməyə səbəb olan meyvə – FAYDALARI VƏ ZƏRƏRLƏRİ

Ölümcül zəhərlənməyə səbəb olan meyvə –  FAYDALARI VƏ ZƏRƏRLƏRİ
24 May 2020 - 14:17

Ərik vitamin tərkibi sayəsində immuniteti gücləndirməyə kömək edir, amma bundan sui-istifadə etmək olmaz.

ONN media   xəbər verir ki, bu barədə Moskva Səhiyyə İdarəsinin qidalanma mütəxəssisi Antonina Starodubova məlumat verib:

“Meyvənin parlaq qızıl-narıncı rəngi nəinki göz oxşayır, həm də beta-karotinin, provitamin A-nın yüksək miqdarda olduğunu göstərir. A vitamini orqanizmdə sintez olunmur, ancaq qidadan əldə olunur”.

Qidalanma mütəxəssisi qeyd edib ki, beta-karotin immuniteti gücləndirir və yoluxucu xəstəliklərin riskini azaldır, eyni zamanda zərərli ekoloji amillərin təsirini aradan qaldırır. Bundan əlavə, ərikdə insan orqanizmi üçün lazım olan digər vitamin və minerallar da var: C, E, B1, B, kalium, maqnezium, kalsium, fosfor, dəmir, yod.

Həkim qeyd edib ki, gündə 300 qramdan çox ərik yeməməlisiniz, çünki bu, fermentasiya prosesləri, həmçinin allergiyanın inkişafı ilə əlaqədar mədə-bağırsaq traktında problemlərə səbəb ola bilər. O, ölümcül zəhərlənməyə səbəb ola bilən amiqdalin ehtiva edən ərik ləpələrinin istifadəsinə qarşı da xəbərdarlıq edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png