C vitamini çatışmazlığı onlar üçün təhlükəlidir

C vitamini çatışmazlığı onlar üçün təhlükəlidir
Vitamin C çatışmazlığı xroniki xəstəliklərin, o cümlədən şəkərli diabetin kəskinləşməsinə səbəb və çəki itirməyə mane olur.
Bunu Rusiya Səhiyyə Nazirliyinin Endokrinologiya Mərkəzinin diyetoloqu Viktoriya Demidova qeyd edib.
“Əslində, vitamin C – tibbin "köhnə dostu"dur. Alimlər onu 100 il əvvəl kəşf etsələr də, bu vitaminin sağlamlıq üçün yeni və vacib xüsusiyyətlərini hələ yeni tapırlar.
Vitamin C sadəcə soyuqdəymədən qorumur. Bu vitamin yağların parçalanmasına kömək edir, kollagen sintezində iştirak edir və hüceyrə yaşlanmasını sürətləndirən müxtəlif xəstəliklərin inkişafına səbəb olan oksidləşmə stresinə qarşı mübarizə aparır. Vitaminin çatışmazlığı həmçinin metabolizmin yavaşlamasına, piylənmə, ürək-damar və onkoloji xəstəliklərin yaranma riskinin artmasına səbəb olur", - deyə Demidova izah edib.

Bundan əlavə o, gündəlik böyüklər üçün vitamin C dozasının 75-90 mg olduğunu da vurğulayıb.

Geri qayıt