ONN İnformasiya Agentliyi

30 yaş "cavanlaşan" Flora Kərimova ilk dəfə eynəksiz - FOTO

30 yaş "cavanlaşan" Flora Kərimova ilk dəfə eynəksiz - FOTO
24-02-2018, 15:56


Xalq artisti Flora Kərimova ilə Lalə Məmədovanın konsertində rastlaşdıq. Tədbirə eynəksiz qatılan müğənni fotokameramıza poz verib.

ONN media bildirir ki, illərə meydan oxuyan sənətkar yenicag.az-a açıqlama verərək bu günlərdə yayılan fotolarından da danışıb:

"Anar məni elə bəzədi, elə bəzədi ki, heç kim tanımadı. Yazdılar ki, cavanlaşmışam, gözəlləşmişəm. Vallah, məni sevən o gözəl gözlər məni elə görür, haram gözəldir ki? Yaxından baxın, gözəl-zad deyiləm".

Bu yaşında da cazibəsini qoruyub saxlayan sənətkar gözdən, bədnəzərdən qorxurmu?

76 yaşlı xalq artisti sualımızı belə cavablandırdı:

"Heç vaxt bədnəzərə inanmadım. Kim ki buna inanır, demək, psixoloji cəhətdən zəif insandır".

 

 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png