Qarabağda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb. ONN media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Şəxsiyyətini təyin etmək üçün meyit məhkəmə-tibbi ekspertizasına göndərilib. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək Qarabağdakı döyüş meydanlarında tapılan erməni meyitlərinin sayı 1345-ə çatıb.
Qarabağda daha bir erməni meyiti tapıldı

