ONN İnformasiya Agentliyi

Şənbə günü yola çıxanların NƏZƏRİNƏ

Şənbə günü yola çıxanların NƏZƏRİNƏ
22-04-2022, 13:48

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

ONN media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 23-də səhər və axşam saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Qusar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Gəncə-Kəlbəcər-Laçın, Goran-Naftalan, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görmə məsafəsinin 200-800 metrədək məhdudlaşacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png