Prezident İlham Əliyev Salman Musayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ONN media-nın xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasında dini-mənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə Salman Musa oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.