Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.
Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.
Dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar



Putin İlham Əliyevə zəng etdi
Onlar Prezidentə başsağlığı verdi
Putin İlham Əliyevə zəng etdi
Putin Prezident İlham Əliyevi təbrik etdi
İlham Əliyev Putinə zəng etdi
Putin İlham Əliyevə zəng etdi
Putin İlham Əliyevə zəng etdi
Putin İlham Əliyevə ZƏNG ETDİ
AZAL-ın təyyarəsi texniki nasazlığa görə geri qayıtdı
Zelenski İlham Əliyevə zəng etdi
İlham Əliyev Efiopiyalı həmkarına başsağlığı verdi
Bu müəllimlər sertifikasiyaya cəlb EDİLMƏYƏCƏK
Bu yollarda asfalt örtüyü YENİLƏNƏCƏK
Milli Məclisin növbəti iclası başladı
Sabahdan bəzi lampaların satışı qadağan edilir
Qarpızın zərərləri nələr ola bilər?
DÇ-2026: 1/16 final mərhələsinin növbəti oyunları...
Neftin bu günə olan qiyməti
Bakının 2 rayonunda işıq olmayacaq
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayır
Nazirdən QƏRAR: Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ
Rusiyadan AZAL-la bağlı açıqlama
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Sabah yağış yağacaq
Azərbaycanda 63 yaşlı qadın ana oldu
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı 