ONN media xəbər verir ki, Ukrayna prezidenti Petr Poroşenko ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Tərəflər ölkələr arasında azad ticarət zonasının yaradılmasını müzakirə ediblər.
Ukrayna lideri əlavə edib ki, dövlət başçıları həmçinin energetika, aviasiya və müdafiə sahələrində əməkdaşlığı müzakirə ediblər.