ONN İnformasiya Agentliyi

Azərbaycan XİN İsraillə bağlı açıqlama yaydı

Azərbaycan XİN İsraillə bağlı açıqlama yaydı
31 Mart 2022 - 12:17

“Biz İsraildə günahsız insanların həyatına son qoyan terror hücumlarını qətiyyətlə pisləyirik”.

ONN media  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində yayılan açıqlamada bildirilib.

“Azərbaycan daha əvvəl terrorizmdən əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir.

Dəhşətli hücumların qurbanlarının ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk”, – XİN-dən vurğulanıb.

Qeyd edək ki, martın 22-dən başlayaraq İsrailin fərqli bölgələrində müxtəlif vasitələrlə 3 terror aktı törədilib. Sonuncu olay martın 29-da ölkənin Bney Brak şəhərində qeydə alınıb. Terror aktları nəticəsində 11 nəfər ölüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png