ONN İnformasiya Agentliyi

Həftə ərzində 400-500 vətəndaş ölkəyə gətiriləcək – Hikmət Hacıyev

Həftə ərzində 400-500 vətəndaş ölkəyə gətiriləcək – Hikmət Hacıyev
13 May 2020 - 18:14

Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətləri var. Rusiyada vətəndaşlarımızın olması ilə bağlı qarşılıqlı tədbirlər həyata keçirilir.

ONN media  xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Oeprativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib:

“Rusiyadakı vətəndaşlarımızın gətirilməsi üçün “Evə gedirəm” portalı yaradılıb. Onların bu portalda qeydiyyatdan keçməsi vacibdir. Həftə ərzində 400-500 vətəndaşımızın ölkəyə gətirilməsi nəzərdə tutulur. Aprelin sonu, mayın əvvəlində 550-yə yaxın vətəndaş quru yolu ilə ölkəyə gətirilib. Eyni zamanda Rusiya vətəndaşlarının ölkələrinə qayıtması üçün xüsusi şərait yaradılıb.

Birbaşa sərhədə yaxınlaşaraq problem yaratmaq kimi hallar düzgün hesab edilmir. Biz dövlət başçısı ilə sərhəd məntəqəsində olduq, şəraitlə tanış olduq. Ordakı vətəndaşlarımızın hotellərdə yerləşdirilməsi üçün şərait yaradıldı”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png