ONN İnformasiya Agentliyi

İlham Əliyev Astanada Zirvə toplantısında iştirak edir

İlham Əliyev Astanada Zirvə toplantısında iştirak edir
13 Oktyabr 2022 - 8:43

Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası işə başlayıb.

ONN media Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, İraq, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan, Belarus dövlət başçıları, eyni zamanda Vyetnamın vitse-prezidenti və Çin rəhbərinin müavini iştirak edir.

Sammit zamanı əməkdaşlığın aktual məsələlərinin və təşkilatın əsas prioritetlərinin müzakirəsi planlaşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png