ONN İnformasiya Agentliyi

İlham Əliyev Kasım-Jomart Tokayevə zəng etdi

İlham Əliyev Kasım-Jomart Tokayevə zəng etdi
17 May 2020 - 13:06

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Qazaxıstan Prezidentini ad günü münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.

Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası əleyhinə mübarizə ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Dövlət başçıları bu yaxınlarda Türk Şurasının videokonfrans formatında keçirilən Zirvə toplantısına toxunaraq bu tədbirin ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi baxımından önəmini qeyd ediblər.

Prezidenti İlham Əliyev və Prezidenti Kasım-Jomart Tokayev ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png