ONN İnformasiya Agentliyi

İlham Əliyev Slovakiyanın yeni dövlət başçısını təbrik edib

İlham Əliyev Slovakiyanın yeni dövlət başçısını təbrik edib
03 Aprel 2019 - 14:47

ONN media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Zuzana Çaputovaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Hörmətli xanım Çaputova,

Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png