ONN İnformasiya Agentliyi

İlham Əliyev və Putin Paşinyana YERİNİ GÖSTƏRDİ -VİDEO

İlham Əliyev və Putin Paşinyana YERİNİ GÖSTƏRDİ -VİDEO
07 Dekabr 2018 - 11:00

Noyabrın 6-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfər edib.

ONN media Publika-ya istinadən xəbər verir ki, MDB dövlət başçıları qeyri-rəsmi zirvə görüşündən sonra Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxıblar.

Məşhur Rusiya jurnalisti Dmitri Smirnovun tvitter səhifəsində yaydığı görüntülərdə Vladimir Putin prezidentlərin olduğu sıranın mərkəzində oturduğu görünür. Ondan sağda Azərbaycan Prezidenti İlham Əliyev, solda isə Belarus Prezidenti Aleksandr Lukaşenko əyləşib.

Həmçinin Putindən sağ tərəfdə Moldova lideri İqor Dodon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev yerləşib.

Rusiya saytlarının yaydığı bəzi fotolarda isə Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan görünmür. Amma bəzi fotolarda Paşinyanın mühafizəçilərlə birgə əyləşdirilməsi diqqətdən qaçmır.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png