ONN İnformasiya Agentliyi

Məmmədyarov yeni səfirlə görüşdü

Məmmədyarov yeni səfirlə görüşdü
08 İyul 2019 - 20:58

Xarici İşlər naziri Elmar Məmmədyarov Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri Volfqanq Maniqi qəbul edib.

XİN-dən ONN media -ya verilən məlumata görə, görüşdə tərəflər ölkələr arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər.

Tərəflər, həmçinin  ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri üzrə, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Səfir Volfqanq Maniq etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib. Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png