Fransa Senatının qətnaməsinin müzakirəsi başladı

Fransa Senatının qətnaməsinin müzakirəsi başladı

Milli Məclis Fransa Senatının təxribatçı qərarı ilə bağlı olaraq bəyanat qəbul etməlidir. ONN media  bildirir ki, bu sözləri Milli Məclisin iclasında çıxış edən spiker Sahibə Qafarova deyib. O bildirib ki, Fransa Senatının qəbul etdiyi qətnamə beynəlxalq hüquqa zidd olmaqla yanaşı, təxribatçı hərəkətdir. Spiker xatırladıb ki, Fransa 1994-cü ildən ATƏT-in Minsk Qrupunun sədridir: “Ancaq bu qurum vasitəsilə münaqişənin həllinə nail olunmadı. Bunun bir səbəbi də Fransa kimi ölkələrin işğalçı ilə işğala məruz qalan ölkələr arasında fərq qoymamasıdır”. S.Qafarova deyib ki, artıq bölgədə reallıq dəyişib: “Rusiya və Türkiyə problemin həlli üçün addımlar atıb. Bu reallıqları Ermənistan da qəbul edib. Fikrimcə, indi vəziyyəti dəyişmək mümkün deyil. Azərbaycan xalqı Prezidentin ətrafında sıx birləşib”. xxx Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Plenar iclasda Milli Məclis adından Framsa parlamentinin qondarma Dağlıq Qarabağ rejimini tanımasına etiraz bəyanatı qəbul olunacaq. İclasda deputatlar eyni zamanda Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik, “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsini üçüncü oxunuşda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalının təsis edilməsi, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik, İnzibati Xətalar Məcəlləsində,“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik məsələsini müzakirə edəcəklər.

Geri qayıt