Milli Məclis Fransa Senatının təxribatçı qərarı ilə bağlı olaraq bəyanat qəbul etməlidir. ONN media bildirir ki, bu sözləri Milli Məclisin iclasında çıxış edən spiker Sahibə Qafarova deyib. O bildirib ki, Fransa Senatının qəbul etdiyi qətnamə beynəlxalq hüquqa zidd olmaqla yanaşı, təxribatçı hərəkətdir. Spiker xatırladıb ki, Fransa 1994-cü ildən ATƏT-in Minsk Qrupunun sədridir: “Ancaq bu qurum vasitəsilə münaqişənin həllinə nail olunmadı. Bunun bir səbəbi də Fransa kimi ölkələrin işğalçı ilə işğala məruz qalan ölkələr arasında fərq qoymamasıdır”. S.Qafarova deyib ki, artıq bölgədə reallıq dəyişib: “Rusiya və Türkiyə problemin həlli üçün addımlar atıb. Bu reallıqları Ermənistan da qəbul edib. Fikrimcə, indi vəziyyəti dəyişmək mümkün deyil. Azərbaycan xalqı Prezidentin ətrafında sıx birləşib”. xxx Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Plenar iclasda Milli Məclis adından Framsa parlamentinin qondarma Dağlıq Qarabağ rejimini tanımasına etiraz bəyanatı qəbul olunacaq. İclasda deputatlar eyni zamanda Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik, “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsini üçüncü oxunuşda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalının təsis edilməsi, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik, İnzibati Xətalar Məcəlləsində,“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik məsələsini müzakirə edəcəklər.
Fransa Senatının qətnaməsinin müzakirəsi başladı



Sahibə Qafarova Fransa Senatının sədrinə cavab verdi
SON DƏQİQƏ: Milli Məclis Senata cavab bəyanat QƏBUL ETDİ
Türkiyədən SƏRT BƏYANAT
Prezident Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədrini qəbul etdi
Bu qərar Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir - Hulusi Kılıç
Fransanın mövqeyi parlamentdə kəskin TƏNQİD EDİLDİ
Şuşaya əbədi olaraq qayıdırıq - Sahibə Qafarova
Akardan Fransaya ŞİLLƏ KİMİ REAKSİYA: indi bəlli oldu ki...
Milli Məclisdən Fransa Milli Assambleyasına ETİRAZ
Milli Məclisin növbəti iclası başladı
Milli Məclisin iclası başladı
Sahibə Qafarova Özbəkistana səfər edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 