Səmayə Məmmədova işdən çıxdı

Səmayə Məmmədova işdən çıxdı

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Səmayə Məmmədova BNA ilə yollarını ayırmaq qərarına gəlib.

ONN media xəbər verir ki, məlumatı Səmayə Məmmədova təsdiqləyib.

“BNA-dan ayrılmaq qərarı verdim. Artıq ərizəmi rəhbərliyə də təqdim etmişəm. Dekabrın 30-u qurumda son iş günümdür”, - S.Məmmədova bildirib.

Növbəti iş yerinin hara olacağı ilə bağlı suala isə o, belə cavab verib:

“Hələ qərar verməmişəm. Bu gün mənim üçün ən önəmli olan PR sahəsində 22 illik təcrübəm əsasında yazdığım “Peşəkarlığın rəsmi” kitabının təqdimat mərasimidir. Sonrasını zaman göstərəcək”.

Geri qayıt