Oliqarxlar qazandıqlarını xalqa verəcək - Tokayevdən tapşırıq

Oliqarxlar qazandıqlarını xalqa verəcək - Tokayevdən tapşırıq

Qazaxıstanın başçısı Tokayev iri biznesdən yaradılan yeni sosial fonda vəsaitlərin köçürülməsini təmin etməyi tapşırıb.

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev hökumətə onun adından yaradılan sosial fonda hər il vəsait köçürəcək şirkətlərin və iri oliqarxların siyahısını tərtib etməyi tapşırıb.

ONN media xəbər verir ki, o, belə bir tapşırığı bu gün parlamentdə çıxışı zamanı deyib:

“Birinci prezident - Elbaşı (millətin lideri Nursultan Nazarbayev nəzərdə tutulur - red.) dövründə ölkədə çox gəlirli şirkətlər qrupu və hətta beynəlxalq standartlar göstəricisinə uyğun formada zəngin insanlar təbəqəsi yarandı. Hesab edirəm ki, qazandıqlarından Qazaxıstan xalqına verməyin vaxtıdır, bu sistemli və davamlı əsasda həyata keçirilməlidir”.

Prezidentin sözlərinə görə, fond cəmiyyətin konsolidasiya alətinə çevrilə bilər və vətəndaşlarda sosial ədalət hissinin güclənməsinə kömək edəcək. 

“Bundan başqa, mən faktiki olaraq külli miqdarda vəsaitə malik olan, kölgədə qalan şəxslərdən də bu prosesdə fəal iştirak etməsini gözləyirəm”, - Tokayev əlavə edib.

Geri qayıt