Qazaxıstanın başçısı Tokayev iri biznesdən yaradılan yeni sosial fonda vəsaitlərin köçürülməsini təmin etməyi tapşırıb.
Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev hökumətə onun adından yaradılan sosial fonda hər il vəsait köçürəcək şirkətlərin və iri oliqarxların siyahısını tərtib etməyi tapşırıb.
ONN media xəbər verir ki, o, belə bir tapşırığı bu gün parlamentdə çıxışı zamanı deyib:
“Birinci prezident - Elbaşı (millətin lideri Nursultan Nazarbayev nəzərdə tutulur - red.) dövründə ölkədə çox gəlirli şirkətlər qrupu və hətta beynəlxalq standartlar göstəricisinə uyğun formada zəngin insanlar təbəqəsi yarandı. Hesab edirəm ki, qazandıqlarından Qazaxıstan xalqına verməyin vaxtıdır, bu sistemli və davamlı əsasda həyata keçirilməlidir”.
Prezidentin sözlərinə görə, fond cəmiyyətin konsolidasiya alətinə çevrilə bilər və vətəndaşlarda sosial ədalət hissinin güclənməsinə kömək edəcək.
“Bundan başqa, mən faktiki olaraq külli miqdarda vəsaitə malik olan, kölgədə qalan şəxslərdən də bu prosesdə fəal iştirak etməsini gözləyirəm”, - Tokayev əlavə edib.



Sərhəddə gərginlik: Tokayev göstəriş verdi
SON DƏQİQƏ: Nazarbayev vəzifəsindən çıxarıldı
Tokayev Qazaxıstan Prezidenti vəzifəsinin icrasına başlayıb
Tokayev baş nazirin adını bu tarixdə açıqlayacaq
Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirildi
Tokayev onu XİN başçısı təyin etdi
Tokayev Operativ Qərargahın iclasını keçirdi - Yenilənib
Putin və Tokayev nəyi müzakirə etdi?
Tokayev Ukrayna savaşına mövqeyini açıqladı
Tokayev Əliyevi və Azərbaycan xalqını təbrik etdi
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib
İlham Əliyev onları təltif etdi
Prezident sərəncam imzaladı
İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirildi
Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər
Şənbə günü Bakıda 30-31°dərəcə isti olacaq
Prezident onlara müraciət ünvanladı
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü - Rəsmi açıqlama
Azərbaycanda 6 saatlıq iş rejiminə keçir? - VACİB AÇIQLAMA
Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
Mikayıl Müşfiqin doğum günüdür
Prezident millimizi təbrik etdi
Neft ucuzlaşmaqda davam edir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert 