Rusiya səfirlikləri yerləşən küçələrin adı dəyişdirildi

Rusiya səfirlikləri yerləşən küçələrin adı dəyişdirildi

Avropanın bir çox şəhərində Rusiya-Ukrayna müharibəsinə etiraz olaraq Rusiya səfirliklərinin yerləşdiyi küçə, meydan və yolayrıclarının adları dəyişdirilib.

ONN media xəbər verir ki, “Nyu York Tayms” nəşri küçələrin adlarını dəyişən ölkələri açıqlayıb.

Litvanın paytaxtı Vilnüsdə Rusiya səfirliyinin yerləşdiyi küçənin adı dəyişdirilərək “Ukrayna qəhrəmanları küçəsi” adlandırılıb.

Norveçin paytaxtı Osloda keçən həftəyə qədər Rusiya səfirliyinin yerləşdiyi kəsişmənin adı olmayıb. İndi isə həmin kəsişmə “Ukrayna meydanı” adlanır.

Albaniyanın paytaxtı Tiranada Rusiya, Ukrayna, Serbiya və Kosova səfirliklərinin yerləşdiyi küçənin adı dəyişdirilərək "Azad Ukrayna küçəsi" qoyulub.

Latviyanın paytaxtı Riqadakı küçənin adı isə “Ukrayna müstəqillik prospekti” adlandırılıb.

Danimarkanın paytaxtı Kopenhagendə bu həftə Rusiya səfirliyinin yerləşdiyi “Kristianaqade” küçəsinin adı “Ukraineqade” olaraq dəyişdiriləcək.

İsveçin paytaxtı Stokholmda küçəyə Ukrayna Prezidenti Vladimir Zelenskinin adı veriləcək.

Böyük Britaniyanın paytaxtı Londonda küçənin adı “Zelenski bulvarı” olaraq dəyişdiriləcək.

Geri qayıt