Avropanın bir çox şəhərində Rusiya-Ukrayna müharibəsinə etiraz olaraq Rusiya səfirliklərinin yerləşdiyi küçə, meydan və yolayrıclarının adları dəyişdirilib.
ONN media xəbər verir ki, “Nyu York Tayms” nəşri küçələrin adlarını dəyişən ölkələri açıqlayıb.
Litvanın paytaxtı Vilnüsdə Rusiya səfirliyinin yerləşdiyi küçənin adı dəyişdirilərək “Ukrayna qəhrəmanları küçəsi” adlandırılıb.
Norveçin paytaxtı Osloda keçən həftəyə qədər Rusiya səfirliyinin yerləşdiyi kəsişmənin adı olmayıb. İndi isə həmin kəsişmə “Ukrayna meydanı” adlanır.
Albaniyanın paytaxtı Tiranada Rusiya, Ukrayna, Serbiya və Kosova səfirliklərinin yerləşdiyi küçənin adı dəyişdirilərək "Azad Ukrayna küçəsi" qoyulub.
Latviyanın paytaxtı Riqadakı küçənin adı isə “Ukrayna müstəqillik prospekti” adlandırılıb.
Danimarkanın paytaxtı Kopenhagendə bu həftə Rusiya səfirliyinin yerləşdiyi “Kristianaqade” küçəsinin adı “Ukraineqade” olaraq dəyişdiriləcək.
İsveçin paytaxtı Stokholmda küçəyə Ukrayna Prezidenti Vladimir Zelenskinin adı veriləcək.
Böyük Britaniyanın paytaxtı Londonda küçənin adı “Zelenski bulvarı” olaraq dəyişdiriləcək.



Rusiya: Ukrayna ilə savaşda maraqlı deyilik
ABŞ səfirliyinin yerləşdiyi küçə "Zeytun budağı" adlandırılacaq
Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu BAŞA ÇATDI - YENİLƏNDİ
Rusiya ilə Ukrayna arasında növbəti görüş harada olacaq?
Rusiya səfirliyinin binası üzərində tüstü maraq doğurub
Ukrayna ordusundan böyük uğur
Ukrayna - Rusiya danışıqları başladı
Ukraynadan Rusiyaya qarşı GÖZLƏNİLMƏZ QƏRAR
Ukrayna Rusiya ordusunun itkilərini açıqladı
Ukrayna nümayəndə heyəti danışıqlar üçün artıq Belarusdadır
Kanadada küçəyə Zelenskinin adı verilə bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 