Gürcüstanın daha bir naziri Azərbaycana gəlir

Gürcüstanın daha bir naziri Azərbaycana gəlir

Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı naziri Otar Şamuqiya mayın əvvəlində Azərbaycana səfər edəcək.

ONN media  xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, səfərin əsas məqsədi mayın 6-da Bakıda keçiriləcək “Kənd təsərrüfatının rəqəmsallaşdırılması” mövzusunda nazirlərin toplantısında iştirak etməkdir.

Qeyd edək ki, toplantıda 30-a yaxın ölkənin kənd təsərrüfatı nazirləri və nümayəndələrin iştirakı gözlənilir.

Geri qayıt