Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı naziri Otar Şamuqiya mayın əvvəlində Azərbaycana səfər edəcək.
ONN media xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, səfərin əsas məqsədi mayın 6-da Bakıda keçiriləcək “Kənd təsərrüfatının rəqəmsallaşdırılması” mövzusunda nazirlərin toplantısında iştirak etməkdir.
Qeyd edək ki, toplantıda 30-a yaxın ölkənin kənd təsərrüfatı nazirləri və nümayəndələrin iştirakı gözlənilir.