Türk pilotlar Bakı səmasına Ay-ulduz çəkdi

Bu gün də "Teknofest Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Azərbaycan və Türkiyənin pilotları Bakı səmasında qırıcılar və helikopterlərlə müxtəlif manevrlər edib.
Türkiyənin “Solo Türk” aerobatika komandası Bakı səmasında Ay-ulduz çəkib.
Sosial şəbəkələrdə yayılan görüntülər insanlar tərəfindən rəğbətlə qarşılanıb.