Bu gün də "Teknofest Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Azərbaycan və Türkiyənin pilotları Bakı səmasında qırıcılar və helikopterlərlə müxtəlif manevrlər edib.
Türkiyənin “Solo Türk” aerobatika komandası Bakı səmasında Ay-ulduz çəkib.
Sosial şəbəkələrdə yayılan görüntülər insanlar tərəfindən rəğbətlə qarşılanıb.