ONN İnformasiya Agentliyi

Xanhüseyn Kazımlının qızına VƏZİFƏ VERİLDİ

Xanhüseyn Kazımlının qızına VƏZİFƏ VERİLDİ
14 İyul 2020 - 21:11

Bu gün sabiq millət vəkili Xanhüseyn Kazımlının sədri olduğu Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) IX Qurultayı keçirilib.

ONN media xəbər verir ki, onlayn videokonferans şəklində keçirilən Qurultayda Partiyanın birinci müavini Əsli Kazımova  hesabat xarakterli çıxış edərək, partiyanın ölkədəki ictimai-siyasi həyatındakı rolundan danışıb.

Əsli Kazımova ilk olaraq cəbhə bölgəsində Ermənistan təxribatı barədə geniş məluamt verərək, Azərbaycan xalqına çağırış edərək, bu ağır məqamda həmrəy olmağa səsləyib.

Partiya sədri Xanhüseyn Kazımlı da çıxış edərək, partiyanın bu günə qədər gördüyü işlərdən, əldə etdiyi uğurlardan bəhs edərək, estafeti gənclərə həvalə etdiyini qeyd edib.

Sonda Əsli Kazımova  onlayn  açıq səsvermə yolu ilə partiyanın sədri seçilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png