ONN İnformasiya Agentliyi

201 nəfər Moskvadan Bakıya gətirildi

201 nəfər Moskvadan Bakıya gətirildi
26 İyul 2020 - 23:00

Azərbaycanın Milli Aviadaşıyıcısı AZAL bu gün daha bir çarter reysi ilə Moskvadan COVID-19 pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı qaytarıb.

AZAL-dan ONN media -ya verilən məlumata görə, reys ilə 201 nəfər soydaşımız Azərbaycana gətirilib.

Reysə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png